Ölkəmizin hər yerində olduğu kimi, Ağstafa rayonunda da 27-28 may, Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvanların satışı və kəsiminin müvafiq norma və qaydalara uyğun şəkildə təşkili məqsədilə bütün zəruri tədbirlər icra olunur.

"Unikal" xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov məsul şəxslərlə birlikdə rayon üzrə Həsənsu kəndində fəaliyyət göstərən heyvanların satışı və kəsimi yerinə baş çəkib, orada əhaliyə göstərilən xidmətlərin yüksək səviyyədə təşkilinə dair aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini verib.

Bir daha müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı günlərində etdiyiniz duaların, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunmasını arzu edirik.