Ağdaşda yol-nəqliyyat hadisəsi olub.
"Unikal"ın məlumatına görə, qəza Qumlaq kəndi yaxınlığında baş verib. "BMW" və "VAZ-21010" markalı maşınların toqquşması zamanı bir ailənin 3 üzvü xəsarət alıb. Müxtəlif bədən xəsarətləri alan 1962-ci il təvəllüdlü Yeganə Eminova, həyat yoldaşı 1951-ci il təvəllüdlü Müğdət Eminov və oğulları 1987-ci il təvəllüdlü Anar Eminov xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov















































.jpg)

