Ötən gün yağan güclü dolu bəzi bölgələrdə meyvə bağlarını, tərəvəz sahələrini yararsız hala salıb.
"Unikal" Xəzər TV-yə istinadən xəbər verir ki, Tovuzun Kirən və Çatax inzibati ərazi dairəsinə tabe olan kəndlərə yağan dolu səbəbindən yeni yetişən məhsullar zərər görüb. Kənd sakinləri deyir ki, aylardır çəkdikləri zəhmət məhv olub.
Satıcıların sözlərinə görə, isə məhsuldarlığın azalması bazarlarda qiymət artımına səbəb olacaq.
Satıcılar qiymət artımının xüsusilə mövsümi meyvə və tərəvəzlərdə olacağını bildiriblər.

















































