Misli Premyer Liqasında mövsümün sonuncu turu davam edir. 

"Unikal" xəbər verir ki, bu gün daha iki görüş keçiriləcək. 

Əvvəlcə “Kəpəz” “Neftçi” ilə qarşılaşacaq. Gəncə klubu rəqibini Sumqayıtda qəbul edəcək.

Bu matçın nəticəsindən asılı olmayaraq “Neftçi” mövsümü 4-cü, “Kəpəz” isə 10-cu pillədə başa vuracaq. 

Günün ikinci matçı da Sumqayıtda keçiriləcək. “Araz-Naxçıvan” “Zirə”ni sınağa çəkəcək. 

Bu görüşün nəticəsi də komandaların turnir cədvəlindəki mövqeyinə təsir etməyəcək. “Zirə” mövsümü 5-ci, “Araz-Naxçıvan” isə 6-cı pillədə tamamlayacaq.