Tailandın paytaxtı Banqkokda yük qatarı marşrut avtobusuna çırpılıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində azı 8 nəfər həlak olub, 20-dən çox insan yaralanıb.
Məlumata əsasən, dəmir yolu keçidinin qarşısında avtomobil sıxlığı yaranıb və bu zaman relslərin üzərində olan avtobusa qatar çırpılıb. Zərbənin təsirindən bir neçə nəqliyyat vasitəsi relslər boyunca sürüklənib, daha sonra avtobus yanmağa başlayıb.
Hadisə yerinə çox sayda yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.










.jpeg)

















.jpg)




























