"Liverpul" mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Alisson Bekerə əvəzləyici axtarırı.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Premyer Liqa nəhənginin əsas hədəfi "Sanderlend"də çıxış edən Robin Roefsdir. Bu barədə "Caught Offside" məlumat yayıb.
"Qırmızılar"ın niderlandlı baş məşqçisi Arne Slot həmyerlisini komandasında görmək istəyir. Klubu 23 yaşlı qapıçı üçün 40 milyon avro tələb edir.
Qeyd edək ki, "Sanderlend" Robin Roefsi mövsümün əvvəlində "NEK Niymeqen"dən 10,5 milyon avroya transfer edib. Niderland millisinin üzvü "qara pişiklər"in heyətində 35 rəsmi matçda meydana çıxıb.




















.jpg)




































