Dövlət İmtahan Mərkəzi tərəfindən 19 aprel 2026-cı il tarixində XI sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanında Şərur şəhər 1 nömrəli tam orta məktəbin məzunu, şəhid kapitan Elnur Cəfərovun övladı Məhəmməd Cəfərov yüksək nəticə göstərərək 282 bal toplayıb.

"Unikal" xəbər verir ki, buraxılış imtahanında Şərur rayonunun ümumtəhsil məktəbləri üzrə şagirdlər arasında ən yüksək nəticəni də məhz  Məhəmməd Cəfərov göstərib.

Qeyd edək ki, kapitan Elnur Cəfərov 2014-cü il yanvarın 23-də Ağdərə rayonunda tapşırıqda olarkən şəhidlik zirvəsinə ucalıb. Ölümündə sonra “Hərbi xidmətə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” və “ İgdliyinə görə” medalları ilə təltif edilib.