Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 19 aprel 2026-cı il tarixində keçirilən aşağıdakı imtahanların nəticələri elan edilib.

"Unikal"ın məlumatına görə, bu imtahanlarda iştirakı nəzərdə tutulan 37593 nəfərdən 2205 nəfər imtahana gəlməyib. 14 nəfər tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.

İmtahanda ən yüksək nəticəni 300 bal toplayan Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Aşağı Əylis kənd tam orta məktəbinin cari il məzunu Babazadə Ayxan Asiman oğlu göstərib.

Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.