"Bakı Slavyan Universiteti çoxdilli təhsil mühiti çərçivəsində Azərbaycan dilinin tədrisi və beynəlxalq təşviqi istiqamətində sistemli fəaliyyət həyata keçirir".
"Unikal" xəbər verir ki, bu fikirləri Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev Naxçıvan şəhərində keçirilən “Çağdaş Azərbaycan dilinin aktual problemləri” IV Respublika elmi konfransda səsləndirib.
"Universitetdə yaradılmış süni intellekt əsaslı dil laboratoriyası, eləcə də xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzləri vasitəsilə dilin həm akademik, həm də praktik səviyyədə öyrənilməsi təmin olunur", - deyə rektor əlavə edib.
