"Daha məqsədə uyğun olardı ki, qanun layihəsi ilə birlikdə risk qiymətləndirilməsi də təqdim olunsun. Azərbaycanda bankların lizinq faizi kredit faizindən daha çoxdur".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni hazırlanan “Maliyyə icarəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.
Avropa İttifaqında biznes kreditləri üzrə orta faiz 3.5 faiz, istehlak kreditləri üzrə 7.0 faiz olsa da, avtomobil lizinqləri üzrə faiz dərəcəsi daha aşağı, 2 faiz ətrafında dəyişir. Qazaxıstanda orta kredit faizi 19.0 faiz olsa da, avtomobil kreditləri üzrə faiz 14 faizdir. Azərbaycanda nağd kreditlər üzrə faizlər orta hesabla 11 faizdən başlasa da, lizinq üçün faktiki illik faiz dərəcəsi 14 faizdən başlayır. Digər tərəfdən ilkin ödəniş tələbi də var. Göründüyü kimi, lizinq şərtləri cəlbedici deyil. Minimum kapital tələbi qanunla konkret meyara bağlanılsın ki, bazar çıxış imkanlarına neqativ təsir göstərməsin. Bir sıra ölkələrdə hüquqi şəxslər ilə yanaşı, fiziki şəxslər də maliyyə icarəsi ilə məşğul olurlar. Amma yeni qanun fiziki şəxslərə lizinq fəaliyyəti ilə məşğul olmaq imkanı verməyəcək".
Deputat qeyd eidb ki, Azərbaycanda nağd kreditlər üzrə faizlər orta hesabla 11%-dən başlayır, lizinq üçün faktiki illik faiz dərəcəsi 14 %-dən başlayır: "Eyni zamanda nəzərə alsaq ki, burada ilkin ödəniş də var. O baxımdan güman olunur ki, yeni qanunun qəbul edilməsi bütövlükdə bu istiqamətdə təklif edilən kredit faizlərinə təsir göstərəcək və kredit faizlərində azalmaların olması, lizinqə və lizinqlə təklif edilən texnologiya əlçatanlığının yüksəlməsi mümkün olacaq".
Anar Kəlbiyev
