Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların fəaliyyətinin bərpası ilə bağlı təmir işləri aparılır. Bu işlərin də qısa müddətdə bitməsi gözlənilir.
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov deyib.
O bildirib ki, Dərnəgül dayanacağının istifadəyə verilməsi ilə bağlı işlər artıq yekunlaşdırılır.
"Stansiyanın yaxın zamanda istifadəyə verilməsi gözlənilir", - A.Fərəcov qeyd edib.
Anar Kəlbiyev
