Mayamidə fəaliyyət göstərən və idman, musiqi tədbirlərinin təşkili üzrə ixtisaslaşan VID şirkəti "İnter Mayami"nin hücumçusu Lionel Messini və Argentina Futbol Assosiasiyasını (AFA) məhkəməyə verib.

"Unikal" xəbər verir ki,  buna səbəb Argentina millisinin Venesuela ilə yoldaşlıq oyununda Messinin meydanda olmaması göstərilir. Halbuki müqaviləyə əsasən, o zədələnmədiyi halda hər oyunda ən azı 30 dəqiqə oynamalı idi.

Şirkət bu səbəbdən milyonlarla dollar zərər gördüyünü bildirir və kompensasiya tələb edir.