ABŞ ilə İran arasında danışıqları daha bir gün uzadıla bilər.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki,  danışıqların bir gün davam etməsi planlaşdırılmışdı, lakin ekspertlərin işinin davam etdirilməsi üçün onların daha bir sutka uzadılması istisna edilmir.

İran və ABŞ rəsmilərinin bir neçə istiqamətdə ümumi suallardan ətraflı texniki müzakirələrə keçdikləri bildirilib.

*** 16:58

Pakistan paytaxtı İslamabadda İran və ABŞ arasında müzakirələr başlanıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, müzakirələrə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və ABŞ heyətinə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens başçılıq edir.