Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndində Bəybala Qasımovun evində olublar.

"Unikal" xəbər verir ki, söhbət zamanı evin 3 yaşlı sakini Ayaz Birinci Xanımdan qırmızı rəngdə oyuncaq "KamAZ" istəyib. 

Bundan sonra vitse-prezident açıqlayıb: "Qırmızı "KamAZ" istəyir. "Qırmızı "KamAZ" olacaq". 

Bu yaxınlarda isə Qasımovlar ailəsinə sözügedən yük maşını hədiyyə olunub. 

Ağarza Elçinoğlu