Fransa millisinin baş məşqçisi Didye Deşam "Real"ı çalışdıra bilər.

"Unikal" xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

57 yaşlı mütəxəssis Madrid təmsilçisinin rəhbərliyinin qısa siyahısındadır.

Deşam əvvəllər DÇ-2026-dan sonra Fransa millisinin baş məşqçisi vəzifəsindən istefa verəcəyini açıqlamışdı. O, 2012-ci ildən bəri milli komandaya rəhbərlik edir. Bundan əvvəl Deşam "Marsel", "Yuventus" və "Monako"nu çalışdırıb.