ABŞ və İran arasında davam edən münaqişə iki həftəlik dayandırılıb. ABŞ prezidenti Donald Tramp verdiyi açıqlamada tərəflərin atəşkəsə nail olduqlarını açıqlayıb.

"Unikal" xəbər verir ki, atəşkəs elan edildikdən sonra İran xalqı küçələrə çıxaraq qeyd edib.  

Atəşkəs İran qəzetlərində də əsas mövzu olub. Qəzetlərdən biri Trampın şəklini dərc edib və "Qumarbaz Tramp" başlığını yazıb. 

Nəşr bildirir ki, "ABŞ məğlubiyyəti qəbul edib, bununla da qumarbaz Tramp uduzub".