İraq Mülki Aviasiya İdarəsi ölkənin hava məkanının və hava limanlarının yenidən açıldığını elan edib.
"Unikal" xəbər verir ki, bu barədə "Iraq News" məlumat yayıb.
Nəşrdə deyilir ki, "İraq Mülki Aviasiya İdarəsi ölkənin hava məkanının və bütün kommersiya hava limanlarının dərhal açılacağını rəsmi olaraq elan edib".
Departament rəhbəri Bengin Rekani hava məkanının və İraqın bütün hava limanlarının bu gündən etibarən açılacağını təsdiqləyib.
