İtaliya köhnəlmiş stadion infrastrukturu səbəbindən 2032-ci il Avropa çempionatına ev sahibliyi hüququnu itirə bilər. 

"Unikal" xəbər verir ki, bu barədə futbol rəsmisi Ezio Simonelli İtaliya dövlət radiosuna müsahibəsində bildirib.

Onun sözlərinə görə, İtaliya futbol rəsmiləri köhnəlmiş stadion infrastrukturu səbəbindən ölkənin 2032-ci il Avropa çempionatına ev sahibliyi hüququnu itirmək riski ilə üzləşdiyini bildirir.

İtaliya liqasının rəhbəri Ezio Simonelli qeyd edib ki, stadionların yenilənməsi ilə bağlı təcili addımlar atılmasa, ölkə beynəlxalq səviyyədə zəif təsir bağışlaya bilər.

Həmçinin, Aleksander Çeferin isə daha əvvəl İtaliyanın infrastrukturunu Avropanın aparıcı ölkələri arasında “ən zəifi” adlandırıb.

Qeyd edək ki, İtaliya və Türkiyə Avro-2032-ni birgə təşkil etməlidir. Lakin mövcud problemlər həll olunmasa, İtaliyanın ev sahibliyi sual altına düşə bilər. 

Ayxanım Məlikova