Martın 27-si səhər saatlarından etibarən paytaxtda müşahidə olunan aramsız yağışlara baxmayaraq, Bakı şəhəri Nizami rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi operativ və çevik fəaliyyəti ilə diqqət çəkib.
"Unikal" xəbər verir ki,gün ərzində intensiv yağıntı nəticəsində kollektor xətlərində yaranan yüklənmə və suyun kənarlaşdırılması ilə bağlı çətinliklərin aradan qaldırılması üçün qurum tərəfindən dərhal zəruri tədbirlər həyata keçirilib. Rayonun əsas küçə və prospektlərində olduğu kimi, Keşlə qəsəbəsi ərazisində də yaranmış fəsadların minimuma endirilməsi məqsədilə genişmiqyaslı işlər görülüb.Əraziyə cəlb olunan işçi qüvvəsi, xüsusi texnika və müasir avadanlıqların koordinasiyalı fəaliyyəti nəticəsində yağış sularının vaxtında kənarlaşdırılması təmin olunub, sakinlərin gündəlik həyatına təsirin azaldılması istiqamətində mühüm addımlar atılıb. Görülən operativ tədbirlər bir daha göstərdi ki, Nizami rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi fövqəladə hava şəraitində belə üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirir və vətəndaş məmnuniyyətini daim diqqətdə saxlayır.
