Qazax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Unikal”ın bölgə müxbirinim məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ2106" markalı avtomobil ilə yük maşınına çırpılıb. Qəza nəticəsində minik maşınında olan sürücü 1971-ci il təvəllüdlü Yuxarı Əskipara kənd sakini Məzahir İbrahimxəlilov hadisə yerində vəfat edib.  

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov