İran vasitəçilərdən Donald Trampın danışıqlara başlamaq istəyini ifadə edən mesajlar alıb.
"Unikal" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Bloomberg"in məlumatına görə, bu fonda İsrail hələlik enerji infrastrukturuna zərbələr endirməkdən çəkinir.
Eyni zamanda, "The Telegraph" bildirir ki, Donald Tramp danışıqlardan sonra İranda "birgə rəhbərliy"in yaradılmasını təklif edərək, ABŞ-nin ölkəni adı açıqlanmayan İran lideri ilə birlikdə idarə edə biləcəyini irəli sürüb. Sülh danışıqlarının başlandığını elan edən Tramp, həmçinin, İranda "çox ciddi rejim dəyişikliyinin" baş verə biləcəyini qeyd edərək bildirib ki, "Birgə rəhbərlik yaradılması mümkündür".
