İran prezidenti Məsud Pezeşkian xəbərdarlıq edib ki, İranın enerji infrastrukturuna hücumların nəticələri bütün dünyaya təsir edəcək.
"Unikal" xəbər verir ki, o, "X"də yazıb:
"İranın enerji infrastrukturuna hücumu qətiyyətlə pisləyirəm. Bu cür aqressiv hərəkətlər Amerika sionist düşməni və onun tərəfdarları üçün heç nəyə nail olmayacaq. Əksinə, onlar vəziyyəti yalnız daha da ağırlaşdıracaq və bütün dünyaya təsir edəcək nəzarətsiz nəticələrə səbəb ola bilər".
