Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

"Unikal" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,09 ABŞ dolları və ya 5,6% artaraq 95,43 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 90,34 ABŞ dolları təşkil edib.