Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

"Unikal" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 8,41 ABŞ dolları və ya 8,9% artaraq 103,03 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 94,62 ABŞ dolları təşkil edib.