Belçikanın Lyej şəhərində sinaqoq yaxınlığında gecə saatlarında baş verən partlayışla bağlı polis araşdırmalara başlayıb.

"Unikal" xəbər verir ki, hadisə bazar ertəsinə keçən gecə, yerli vaxtla təxminən saat 04:00 radələrində qeydə alınıb.

İlkin məlumata görə, partlayış sinaqoqun qarşısında yerləşən küçədə baş verib və nəticədə yaxınlıqdakı binaların pəncərələri sınıb.

Hadisə zamanı xəsarət alan olmayıb.