İranın yeni Ali Liderinin soyadı Xamenei olaraq qalacaq.
"Unikal" xəbər verir ki, bunu Gilan əyalətinin Ekspertlər Şurasının sözçüsü Ayətullah Aşkuri "Pars Today"ə bildirib.
O əlavə edib ki, Müctəba Xamenei böyük səs çoxluğu ilə yeni lider seçilib.
Qeyd edək ki, İran konstitusiyasına görə, 88 üzvdən ibarət Ekspertlər Şurası ölkənin Ali Liderini seçmək səlahiyyətinə malikdir. İranı 37 il idarə edən Xamenei, 28 fevralda Tehrana ABŞ-İsrail hava hücumu nəticəsində öldürülüb.
