Çin hökuməti ölkənin aparıcı neft emalı zavodlarına dizel və benzin ixracını dayandırmağı əmr edib.

"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. 

Qeyd olunur ki, Fars körfəzində artan münaqişə neft emalı zavodlarına neft tədarükünü pozur. 

Məlumata görə, ölkənin əsas iqtisadi planlaşdırıcısı olan Çinin Milli İnkişaf və İslahat Komissiyasının rəsmiləri neft məhsullarının tədarükünün müvəqqəti olaraq dayandırılmasını tələb ediblər.

Qadağa Honkonq və Makaoya yanacaq tədarükünə şamil edilməyəcək. 

Gülayə Mecid