Vətəndaşlara ev-alqı satqısı adıyla külli miqdarda dələduzluq etməkdə təqsirləndirilənlər Anar Həziyev, Rasim Əliyev, Şəmsiyyə İsmayılova və Ruslan Həsənovun cinayət işləri üzrə məhkəmə prosesi başlayıb. 

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər dindirilib. 

Zərərçəkmiş Gülbanu Əliyeva müəllim olduğunu və ona 13 min manat zərər dəydiyini bildirib:

"Sumqayıt şəhərində yerləşən alqı-satqı olan ofisə yaxınlaşdım. Anar və. Bizi Bağça şəhərdə yerləşən binaya apardı. Dedi ki, notariat qaydasında 10 min manat pul verməlisiz. Mənə Anar dedi ki yoldaşının vəziyyəti pisdi ona görə onun yaxını olan Rasimlə görüşüb pulu versinlər. 2022-ci ilin sentyabrında Sumqayıt şəhər 1 saylı notariat kontorunda 10 min manatı Rasimə verdim. Daha sonra Anar mənə dedi ki, Dəniz kənarında da ev var, lakin əlavə 3 min manat da verməlisən. Ümumilikdə 13 min manat pul vermişəm".

Təqsirləndirilən şəxs Anar Həziyev isə bildirib ki, zərərçəkmiş şəxslə görüşüb lakin ondan heç bir pul almayıb. 

Təqsirləndirilən şəxs Ruslan Həsənov isə bildirib ki, 3 zərərçəkmişin pulu ondadı və yaxın vaxtlarda özlərinə geri qaytaracaq. 

Zərərçəkmiş Rəhman Məmmədov təqsirləndirilən şəxs olan Şəmsiyyə İsmayılovaya ev alması ilə bağlı 7 min manat , Dürdanə Əliyeva isə 10 min manat pul tələb verdiyini deyib. 

Məhkəmənin növbəti iclası martın 31-nə təyin edilib. 

Qeyd edək ki,  Hər dörd təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Ümumi dəymiş ziyan isə 240 min manatdan artıqdır.

Orxan Rasifoğlu