"Sərhədlərimizin şərqində və qərbində ABŞ ordusunun uğursuzluqlarını araşdırmaq və bunlara əsaslanaraq lazımi dərsləri çıxarmaq üçün iyirmi il vaxtımız olub".
"Unikal" xəbər verir ki, bunu İranın xarici işlər naziri Seyid Abbas Əraqçi X hesabında yazıb.
"Paytaxtımızın bombalanması müharibəni davam etdirmək qabiliyyətimizə heç bir təsir göstərmir. Mərkəzləşdirilməmiş, çoxqatlı müdafiə bizə müharibənin nə vaxt və necə bitəcəyini müəyyən etməyə imkan verir", - deyə o qeyd edib.
Ağarza Elçinoğlu
