İran ABŞ ilə heç bir danışıqların aparılmadığını açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib. 

Qərb mediası İranın ABŞ-dən danışıqlar tələb etməsi ilə bağlı iddialarından sonra Laricani İranın Amerika ilə heç bir danışıqlar aparmayacağını vurğulayıb: "Amerika ilə heç bir danışıqlar aparmayacağıq". 

Qeyd edək ki, "Wall Street Journal" qəzeti Laricaninin ABŞ ilə yenidən danışıqlar aparmaq planlarını Oman tərəfinə göndərdiyini iddia etmişdi. 

Ağarza Elçinoğlu