Goranbanboyda 47 yaşlı Tərtər  sakininin bıçaqlanmasının bəzi detalları məlum olub.

"Unikal"ın məlumatına görə, hadisəni törədən Naftalan şəhər sakini 33 yaşlı Natiq Əliyev öz qardaşının qayını olan Tərtər rayonun Sarov kənd sakini 47 yaşlı Cahid Huseynovla mübahisə edib. Mübahisə zamanı Natiq Əliyev qohumu olan Cahid Huseynova bıçaqla xəsarət yetirib. Hadisəyə səbəb isə bıçaqlanan Cahid Hüseynov hadisəni törədən Natiq Əliyevin qardaşının ünvanına nalayiq sözlər deməsi olub. Hazırda faktla bağlı Goranboy rayon polis şöbəsində araşdırma aparılır.

***  09:05

Goranboyda 47 yaşlı kişini bıçaqlayan şəxs tutulub.

Bu barədə "Unikal"a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Qurumun əməkdaşının sözlərinə görə, polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində C.Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Naftalan şəhər sakini, 33 yaşlı N.Əliyev saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

***

Goranboyda 47 yaşlı kişi qaynı tərəfindən bıçaqlanıb.

"Unikal"ın məlumatına görə, Tərtər rayon sakini, 1979-cu il təvəllüdlü C.Hüseynov qarının kəsilmiş-deşilmiş bıçaq xəsarəti diaqnozu ilə xəstəxanaya çatdırılıb. Ona dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, C.Hüseynov qayını tərəfindən bıçaqlanıb. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı əraziyə polis əməkdaşları cəlb olunub.

Tural Əhmədov