MADO restoranlar şəbəkəsi müqəddəs Ramazan ayı münasibətilə qonaqlarına xüsusi hazırlanmış zəngin və dadlı iftar menyusu təqdim edir.

"Unikal" xəbər verir ki, Ramazan boyunca bütün MADO filiallarında təqdim edilən iftar menyusu ənənəvi və sevilən ləzzətləri bir araya gətirərək ailə və dostlarla birlikdə xoş süfrə ab-havası yaradır.

İftar menyusunda şorbalar, isti yeməklər, təzə salatlar, desertlər və içkilər yer alır. MADO-nun keyfiyyət standartlarına uyğun hazırlanmış bu xüsusi menyu Ramazan süfrəsinə həm bolluq, həm də dad qatır.

Bundan əlavə, yalnız MADO Nərimanov şöbəsində Ramazan ayı boyunca açıq bufet formatında sahur təqdim edilir. Zəngin çeşidlərdən ibarət sahur menyusu qonaqlara rahat və sərbəst seçim imkanı yaradır.

MADO hər zaman olduğu kimi, bu Ramazanda da qonaqlarını yüksək xidmət, rahat atmosfer və unudulmaz dadlarla qarşılamağa davam edir.

Ətraflı məlumat və rezervasiya üçün MADO filiallarına müraciət edə bilərsiniz. Əlaqə nömrəsi: +99451 330 02 10.

Ləzzətlə görüşün.