Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə,13 fevral 2026-cı il tarixdə RİH-in inzibati binasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib. 

"Unikal" xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon bölməsinin rəhbərliyi və əməkdaşları, Hüquq-mühafizə orqanları, RİH-in məsul işçiləri, RİHB-nın İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri iştirak edirdilər.
Tədbir İştirakçıları əvvəlcə  Rayon İcra Hakimiyyəti binasının foyesində qoyulmuş Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, xatirəsini yad etdilər. 

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin  Başçısı Malik İsaqov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon bölməsinin işçilərini təbrik edərək qeyd etdi ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  yaradılmasında əsas məqsəd əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqəti ilə davam etdirilən ordu quruculuğu prosesinə əhəmiyyətli təkan vermək, çağırış və səfərbərlik resurslarını tənzimləyən mükəmməl mexanizmin yaradılmasıdır. Rayon rəhbəri  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyətinə dövlətin, xalqın və Ali Baş Komandanın etimadını doğrultmağı və  üzərlərinə düşən məsul , şərəfli işdə uğurlar arzuladı.

Daha sonra, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon bölməsinin rəisi Asəf Namazov, məruzə ilə çıxış edən  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon bölməsinin həqiqi hərbi xidmətə çağırış üzrə zabiti Emin Qədirli, rayon Polis idarəsinin şəxsi heyyətlə iş üzrə rəisin müavini Elçin Rəcəbli, rayon Prokrorunun böyük köməkçisi İmran Mirzəyev və digər çıxış edənlər bildiriblər ki, əsası 1993-cü ildən qoyulmuş müstəqil Azərbaycan dövlətinin Silahlı Qüvvələri bu gün ən inkişaf etmiş ordulardandır. Ulu Öndərin bu sahədə başladığı işləri bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirərək 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində işğal olunmuş torpaqlarımız azad edildi və ərazi bütövlüyümüz tam təmin olundu. Natiqlər şəxsi heyəti təbrik edərək onlara uğurlar arzuladılar.

Sonda Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon bölməsinin əməkdaşlarına təbrik ünvanladı, İcra Hakimiyyəti başçısının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon bölməsinin Fəxri fərmanları təqdim olundu.