Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
"Unikal"ın məlumatına görə, Dövlət Vergi Xidmətinin rəisi Orxan Faiq oğlu Nəzərliyə “2-ci dərəcəli dövlət vergi xidməti müşaviri” ali xüsusi rütbəsi verilib.
Qeyd edək ki, O.Nəzərli 2021-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
