Dünyaca məşhur müğənni Rihanna Los-Ancelesdə yerləşən marketlərin birində alış-veriş edərkən görüntülənib.
“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, digər müştərilər onu görəndə təəccüblərini gizlədə bilməyiblər.
Üç uşaq anası olan sənətçi alış-veriş arabası ilə tərəvəz və meyvə bölməsində məhsulları özü seçib. Maraqlısı budur ki, marketdə yaşlı bir müştərinin səhvən müğənninin səbətini götürməsi isə qısa müddətli gülüş doğurub və tərəflər alış-verişə davam ediblər.
Ayxanım Məlikova
