Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, münaqişənin həlli ilə bağlı növbəti görüşlər ABŞ-da keçirilə bilər.
"Unikal" xəbər verir ki, o bu barədə "Telegram"da yazıb.
"İndiyə qədər deyilənlərə əsasən, növbəti görüşlər yaxın gələcək üçün planlaşdırılıb. Yəqin ki, Amerikada", - deyə Zelenski formatı dəqiqləşdirmədən bildirib.
Onun sözlərinə görə, Ukrayna sülhü yaxınlaşdıra biləcək bütün iş formatlarına hazırdır. O, həmçinin bildirib ki, münaqişə Rusiya "mükafat almadan" bitməlidir. Zelenski bildirib ki, bu, "əsl təhlükəsizliyi bərpa edən və təmin edən" əsas prinsiplərdən biridir.
