“Avroviziya 2026” mahnı müsabiqəsini Viktoriya Svarovski və Maykl Ostrovski aparacaq.

"Unikal" xəbər verir ki, bu barədə “Avroviziya”nın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, Viktoriya Svarovski və Maykl Ostrovski 70-ci “Avroviziya” Mahnı Müsabiqəsinin aparıcıları olacaqlar.

Qeyd edək ki, 70-ci “Avroviziya” Mahnı Müsabiqəsinin yarımfinalları 12 və 14 may tarixlərində, böyük final isə 16 mayda Avstriyada yerləşən “Wiener Stadthalle” arenasında keçiriləcək.