Türkiyədə arabesk musiqisinin tanınmış ifaçısı Hakan Taşıyan infarkt keçirib. 

“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, xəstəxanaya yerləçşdirilən ifaçının vəziyyətinin kritik olduğu bildirilir. 

Belə ki, sənətçi üçün həkimlər daha əvvəl orqan köçürülməsi əməliyyatı keçirildiyi üçün angioqrafiya olunub-olunmaması ilə bağlı qərar verməyə çalışır. Məsələyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da müdaxilə edərək Taşıyan üçün bütün lazımi tibbi dəstəyin göstərilməsi barədə göstəriş verib.

Ayxanım Məlikov