Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında üçtərəfli danışıqlar başa çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Görüş qapalı formatda, yekunda mətbuat üçün açıqlama verilmədən keçirilib.

***14:01

Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqların ikinci günü başlayıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, görüş qapalı qapılar arxasında keçirilir.

Rusiya nümayəndə heyətinə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş idarəsinin rəisi admiral İqor Kostyukov, Ukrayna nümayəndə heyətinə isə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov rəhbərlik edirlər.

Danışıqlar təhlükəsizlik məsələlərinə, o cümlədən bufer zonalarının yaradılması, onlara nəzarət və monitorinq mexanizmləri, eləcə də nizamlanmanın ərazi aspektlərinə yönəlib.