Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə güclü qar yağışının yaratdığı qar yığıntılarının təmizlənməsində iştirak edib.
"Unikal" xəbər verir ki, bu barədə video Belarus mətbuatında paylaşılıb.
Görüntülərdə Belarus prezidentinin digər insanlarla birlikdə böyük qar yığıntılarını təmizləməyə kömək etdiyi görünür. Belarus liderinin oğlu Nikolay Lukaşenko da təmizləmə işlərinə qoşulub.
Video "Bəzən nahar etmək əvəzinə işləmək yaxşıdır" başlığı ilə paylaşılıb.
Seymur Əli
