ABŞ-nin müttəfiqləri ilə əlaqələrini yenidən nəzərdən keçirmək hüququ var, lakin Avropanın da qəbuledilməz təkliflərə "yox" demək hüququ var.

"Unikal" BMFTV-yə istinadən xəbər verir ki,  bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro deyib. 

O, iki dünya müharibəsindən sonra bərqərar olan sülhün geridə qaldığını və Avropanın gələcəyinin "sual altında" olduğunu söyləyib. 

Barro bildirib ki, "Cəmi bir neçə ay ərzində yeni Amerika administrasiyası bizi birləşdirən əlaqələri yenidən nəzərdən keçirmək qərarına gəlib və bu, onun haqqıdır. Həmçinin, tarixi müttəfiqin təklifi qəbuledilməz olduqda, nə qədər tarixi olsa da, ona "yox" demək bizim haqqımızdır".

Gülayə Mecid