"ABŞ prezidenti Donald Trampın son hərəkətləri onun güc tətbiq etmək qabiliyyətini təsdiqləyir və bu, Rusiya prezidenti Vladimir Putin üçün ciddi narahatlıq doğurmalıdır".

"Unikal" xəbər verir ki,  bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna deyib. 

Tsahkna Şimali Atlantikada Rusiya bayrağı altında üzən tankerin ələ keçirilməsini görünməmiş hadisə adlandırıb, çünki bir ölkənin bayrağı altında üzən gəmi digər ölkə tərəfindən zorla ələ keçirilib və bütün bunlar neytral sularda baş verib.

"Amma eyni zamanda, biz bilirik ki, sanksiyalı yüklər hələ də daşınırdı və açığı, Trampın son günlərdə güc tətbiq etməklə atdığı addımlar, məncə, Putini hələ də ciddi narahat edir", - deyə o, bildirib.

Estonuta rəsmisi qeyd edib ki, Rusiya hələlik bu hadisəyə açıq şəkildə reaksiya verməyib, lakin bu konkret hal Moskvanın diqqət mərkəzində olub, çünki ora Rusiya sualtı qayığı və hərbi gəmiləri göndərilib.

Gülayə Mecid