Rusiyanın Perm vilayətinin Bardım rayonunun Peçmen kəndi yaxınlığında özəl helikopter qəzaya uğrayıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV yazıb. 

Məlumata görə, qəza nəticəsində pilot həlak olub: "Fövqəladə hal Bardım rayonundakı Aşatlı Park istirahət mərkəzində baş verib. İki nəfərlik şəxsi helikopter qəzaya uğrayı. Pilot ölüb. Sərnişin sağ qalıb və həkimlər tərəfindən müayinə olunur". 

Ağarza Elçinoğlu