Məşhur müğənni Sibel Can yeni doğulan nəvəsinə böyük jest edib.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Can Mayamidə dünyaya gələn nəvəsi Lina üçün İstanbulun ən lüks yaşayış bölgələrindən biri olan Etilerdə 86 milyon türk lirəsi (3 397 000 AZN) dəyərində lüks bir mənzil satın alıb.
Qeyd olunur ki, bu hədiyyə həm nəvəsinin, həm də onun valideynlərinin rahatlığı üçün nəzərdə tutulub. Xatırladaq ki, Sibel Can və Hakan Uralın oğulları Engincan Ural, 2022-ci ildə Bodrumda keçirilən dəbdəbəli bir toyda Merve Kaya ilə evlənib.
