Bu gün futbol üzrə Türkiyə Superkubokunun ilk yarımfinal matçı baş tutub.

"Unikal" xəbər verir ki, “Qalatasaray” doğma meydanda “Trabzonspor”la qarşılaşıb. 4:1 hesabı ilə qalib gələn İstanbul təmsilçisi adını finala yazdırmağı bacarıb.

Qeyd edək ki, “Qalatasaray” finalda sabah keçiriləcək “Fənərbaxça” - “Samsunspor” matçının qalibi ilə qarşılaşacaq.

Türkiyə Superkuboku, yarımfinal matçı

"Qalatasaray" - "Trabzonspor" 4:1

Qollar: B.Yılmaz, 38, E.Elmalı,45+3, Y.Akgün,63, M.İKardı,81, - F.Auqusto,55