Çilidəki mədəndə baş verən tətil səbəbindən dünya bazarına mis tədarükünün azalacağı ilə bağlı artan narahatlıqlar fonunda bazar ertəsi axşam saatlarında misin qiyməti rekordları yeniləməyə davam edir.
"Unikal" bu barədə "İnterfax" agentliyinə istinadən xəbər verir.
London Metal Birjasında (LME) mis füçerslərinin qiyməti 4,3% artaraq ilk dəfə bir ton üçün 13 min dollar həddini keçib.
Ötən il ərzində misin qiyməti 42% artaraq, 2009-cu ildən bəri ən yüksək artım tempini nümayiş etdirib.
