Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi təsdiq edilib.

"Unikal" xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov qanun imzalayıb.

Qanuna əsasən, Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsinin gəlirləri 483 milyon 178 min manat (o cümlədən, muxtar respublikanın vergilər, rüsumlar və digər ödənişləri 271 milyon 550 min manat, Azərbaycan dövlət büdcəsindən daxil olan dotasiya (transfertin yuxarı həddi) 211 milyon 628 min manat), xərcləri 483 milyon 178 min manat (о cümlədən, mərkəzləşdirilmiş gəlirləri 441 milyon 623 min 200 manat, yerli gəlirləri 41 milyon 554 min 800 manat, mərkəzləşdirilmiş xərcləri 436 milyon 628 min 600 manat, yerli xərcləri 46 milyon 549 min 400 manat) məbləğində təsdiq edilib.