ABŞ 2025-ci il dekabrın 23-də Venesuela Prezidenti Nikolas Maduroya ölkəni tərk edərək Türkiyəyə getməyi təklif edib.
"Unikal" xəbər verir ki, bu barədə “The New York Times”-a (NYT) adı açıqlanmayan ABŞ rəsmisi məlumat verib.
Vaşinqton bu təklifi Maduronun sülh yolu ilə hakimiyyətdən kənarlaşdırılması variantı kimi dəyərləndirib.
Lakin Venesuela Prezidenti ABŞ-ın bu təklifini qəzəblə rədd edib. Onun reaksiyası Vaşinqtonun irəli sürdüyü variantları ciddi şəkildə nəzərdən keçirmək niyyətində olmadığını göstərib.
