Ermənistanın Kotayk vilayətinin Abovyan şəhərində qazdoldurma məntəqəsində baş verən partlayış və yanğın nəticəsində bir nəfər xəsarət alıb.
"Unikal" shamshyan.com saytına istinadən xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb.
İlkin məlumata görə, hadisəyə əməkdaşlardan birinin siqaret yandırması səbəb olub.
Xəsarət alan şəxs İrəvanda yanıq mərkəzinə çatdırılıb. Partlayış faktı ilə bağlı cinayət işi açılıb, istintaq aparılır.
