Venesuela Prezidenti Nikolas Maduro ABŞ-ın Nyu-York şəhərinə aparılıb.

"Unikal" xəbər verir ki, Venesuela liderinin ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin Nyu-Yorkdakı ofisində qeydə alınan görüntüləri Ağ Evin mətbuat xidməti ictimaiyyətə təqdim edib. Videogörüntülərdə Maduronun hüquq-mühafizə orqanları əməkdaşlarının müşayiəti ilə, əlləri qandallı halda dəhliz boyunca aparıldığı əks olunur.

Yayımlanan kadrlar Venesuela prezidentinin Nyu-Yorka gətirildiyini təsdiqləyən ilk rəsmi vizual material kimi dəyərləndirilir.

NBC Newsin yaydığı xəbərə əsasən, Nikolas Maduronun yanvarın 5-də Manhettendə yerləşən federal məhkəmədə narkotik dövriyyəsi və silah qaçaqmalçılığı ilə bağlı ittihamlar üzrə məhkəmə qarşısına çıxarılması gözlənilir.